11 Avqust 2017 09:51
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə 755 amerikalı diplomatı ölkədən çıxarmaqla bağlı qərarına görə təşəkkür edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu qərarın ABŞ-ın xərclərini azaldacağını bildirib:

“Mən ona təşəkkür etmək istəyirəm ki, bizə xərcləri azaltmağa kömək edir. Biz pullarımıza qənaət edəcəyik”.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya yönəlik sanksiyaları artırmaq qərarından sonra Putin amerikalı diplomatları sentyabrın 1-də ölkədən çıxaracağını deyib.


Müəllif: Samir