Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazirin sözlərinə görə, bu qadağalar Türkiyə iqtisadiyyatına da ciddi ziyan vurur:
“Türkiyə özü də keçmişdə sanksiyalardan əziyyət çəkib. Qonşularımıza və tərəfdaşlarımıza yönələn sanksiyalar bizim də iqtisadiyyatımıza zərər vurur”.
Çavuşoğlu qeyd edib ki, Türkiyə problemin həllinin başqa yollarını axtarır: “Buna görə biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağıq”.