ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerlə Rusiyadan olan nümayəndə arasında danışıqlar bu gün Minskdə mətbuata qapalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Dmitri Mironçik bildirib.
ABŞ nümayəndəsi ilə daloqu Rusiya Prezidentinin köməkçisi Vladislav Surkov aparacaq.
“RİA-Novosti”nin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüş günün ikinci yarısına planlaşdırılıb.