Bizim Ərbildən gözləntimiz son dərəcə sadə və konkretdir. Şimali İraq Kürd Muxariyyəti refenendumu təxirə salmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraqda rəsmi səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Qeyd edək ki, Məsud Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxariyyəti sentyabrın 25-də bu bölgədə müstəqillik refendumu keçirməyə hazırlaşır.
Mövlud Çavuşoğlunun sözlərinə görə, bölgədə sabitlik çox önəmliidr: "Bu, kürd qardaşlarımızın da mənafeyinə uyğundur".
Türkiyəli nazir Telafər şəhərinin türkmən kimliyinin saxlanmasını da vacib hesab edib.
Daha sonra Mövlud Çavuşoğlu PKK-nın İŞİD kimi İraqdakı sabitliyə təhlükə saydığını vurğulayıb:
"PKK-nın İraqdan təmizlənməsi üçün hər cür dəstək verəcəyik. İraqla Türkiyənin taleyi birdir".