23 Avqust 2017 17:22
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi İttifaqına Türkiyə tərəfindən rəsmi müraciət daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqının mətbuat katibi Yuliya Nazarova Ermənistanın “Aykakan-Jamanak” qəzetinin Türkiyənin gömrük sazişi ilə bağlı təklifinin müzakirə edilib-edilmədiyi barədə sorğusuna cavabında deyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı üçüncü ölkələrlə əməkdaşlığa hazırdır:

“Hələ Türkiyədən rəsmi müraciət almamışıq. Ayrı-ayrı ölkələr müxtəlif formatlarda əməkdaşlıq təklif edə bilər”.

Qeyd edək ki, Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyənin Avrasiya İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olduğunu bəyan edib. Nazir İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı çıxışında bildirib ki, Ankara İttifaqla gömrük anlaşmasını imzalamaq barədə təklif alıb: “Ancaq elə etmək lazımdır ki, bu, Avropa İttifaqı ilə analoji sazişə mane olmasın”.

Nazirin bu açıqlaması Ermənistanda dərhal reaksiya doğurub.

“Avrasiya İttifaqı ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var”, – bunu Nihat Zeybəkçinin fikirlərini şərh edən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər