Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanı Soçidə qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə bir sıra ikitərəfli və regional məsələlərin müzakirə ediləcəi bildirilir.
Məlumata görə, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək. Həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişinə nəzər salınacaq. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.