24 Avqust 2017 20:05
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin Kiyevə səfəri Vaşinqtonun Rusiya ilə geopolitik qarşıdurmada Ukraynadan istifadə etmək niyyətindən xəbər verir.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın siyasi analiz və menecment institutunun direktoru Ruslan Bortnik bildirib.

"Böyük mənada götürəndə səfər zamanı xüsusi bir şey deyilmədi. Belə qənaətə gəlmək olar ki, Mettis ABŞ-da quzğunlar partiyasını təmsil edir. Mettisin bəyanatı ondan xəbər verir ki, quzğunlar partiyası Obama dövrünün oyunlarını davam etdirə, özünün Rusiya ilə geopolitik qarşıdurmasında Ukraynadan istifadə edə bilər. Onlar Ukraynaya maliyyə, hərbi dəstəyi davam etdirirlər ki, bu ölkə Rusiyanın varlığı üçün təhlükə kimi qalsın", - Bortnik "RİA Novosti"yə bildirib.

O qeyd edib ki, bu səfər Rusiyanın acığına təşkil edilib və Ukraynanın ABŞ tərəfindən dəstəkləndiyini deməyə əsas verir.

Xatırladaq ki, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətə görə kəskinləşib. Qərb ölkələri bununla əlaqədar Rusiyaya bir sıra sanksiyalar tətbiq etdi, Moskva isə cavab tədbirləri gördü. Eyni zamanda Moskva dəfələrlə Ukrayna daxilində baş verən münaqişəyə müdaxilə etmədiyini bildirib.


Müəllif: Nahid

Oxşar xəbərlər