Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriel hesab edir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti olduqca ölkə Avropa İttifaqına daxil ola bilməz.
Teleqraf.com xəbər verir ki, Qabriel bu haqda “Bild” qəzetinə müsahibəsində deyib:
“Bu o demək deyil ki, biz bunu istəmirik. Ancaq Türkiyə hökuməti Ərdoğanın başçılığı altında Avropanın təqdim etdiklərinə əks istiqamətdə sürətlə irəliləyir. Tamamilə aydındır ki, Türkiyə hazırkı vəziyyətdə Avropa İttifaqının üzvü ola bilməz”.
Qeyd edək ki, bir müddət öncə Avstriyanın Xarici İşlər naziri Sebastian Kurts hazırkı rəhbərliklə Ankaranın Avropa İttifaqına daxil olmasının 2023-cü ilədək də mümkün olmayacağını bəyan edib. Həmin il Türkiyə Respublikasının yaradılmasının 100 ili tamam olur.