26 Avqust 2017 00:28
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkədə səfərdə olan Britaniya parlamentinin deputatları - Yasmin Qureshi, Graham Jons, Faysal Rəşid və Məhəmməd Yasinlə görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə Əli Əlizadə Azərbaycanın Britaniya ilə movcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrdə parlamentlərarası münasibətlərin xüsusi rolunun olduğunu qeyd edib, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin və tərkibinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Britaniya ilə olduğu kimi, Azərbaycana yaxın dost və qardaş ölkə olan Pakistanla xüsusi münasibətlərinin olduğunu bildirən səfir hər iki ölkənin rəhbərlərinin müsbət töhfə ilə inkişaf edən Azərbaycan-Pakistan əlaqələri haqqında məlumat verib. Diplomat Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini, işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını qeyd edib. Dağlıq Qarabağ kimi, Kəşmir münaqişəsinin də həllinin regionda sülh və sabitliyinin bərpa olunmasına öz müsbət töhfəsini verəcəyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinin zəruri olduğunu bildirən səfir beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistana təzyiq göstərməsini xüsusi diqqətə çatdırıb.

Parlamentarilər Birləşmiş Krallığın və Pakistanın Azərbaycanla olan səmərəli əməkdaşlıq əlaqələrindən məmnun olduqlarını, bu əlaqələrin, xüsusən parlamentlərarası münasibətlərin, dostluq qruplarının fəaliyyətinin daha da aktivləşdirilməsinin önəmini ifadə ediblər. Onlar həmçinin mümkün olan ilk fürsətdə Azərbaycana səfər edəcəklərini deyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər