Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana 10-11 sentyabrda səfər edəcəyi barədə məlumat yayılmışdı.
Səfər çərçivəsində Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcəkdi.