Müdafiə gücünü o qədər artıracağıq ki, heç kim İranın əzici bir cavab verəcəyini bildiyi üçün İrana hücum etməyə cəsarət etməsin”.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla ötən gün İranın yeni müdafiə naziri, general Əmir Hatəmi çıxış edib.
Yeni müdafiə naziri İranın raket və hava qüvvələri güclərinin daha da canlandırılmasının vacibliyini vurğulayıb:
“Ballistik raketlərin hər sahədə qabiliyyətlərini artıracağıq. “Kruiz” (Cruise) raketlərinin sürəti əhəmiyyətli olduğu üçün bu mövzuda xüsusi planlarımız var”.
General Hatəmi əlavə edib ki, ağır döyüş təyyarələri ilə bağlı da müəyyən planları var: “Lazımı işlər görülərək ilk addım atıldı. Biz strateji bir hava gücü olmağa doğru irəliləyirik”.