Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin təşəbbüsü ilə Avronest PA çərçivəsində sentyabrın 22-də Bakıda “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.
Tədbir Azərbaycan Respublikası Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.