1 Sentyabr 2017 15:14
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: "Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Vyetnam münasibətləri xoş ənənələrə əsaslanır. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər