Şimali Koreya lideri döyüş üçün yalvarır. Bizim ölkəmizin səbri hüdudsuz deyil.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ınn BMT-dəki daimi nümayəndəsi, səfir Nikki Heyli deyib.
Səfir Nikki Heyli əlavə edib ki, Şimali Koreyanın hərəkətləri artıq həddi aşır. O, BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı mümkün olan ən güclü sanksiyaların tətbiqinə çağırıb:
“Bizim cəhdlərimizə baxmayaraq, Şimali Koreya nüvə proqramını inkişaf etdirir. Bu, dünya üçün təhdiddir. Müharibə ABŞ-ın istədiyi ssenari olmasa da, ölkəmizin səbri də tükənməz deyil”.