5 Sentyabr 2017 17:37
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müasir siyasi vəziyyəti bu ölkənin Avropa İttifaqına qoşulması ilə bağlı danışıqları davam etdirməyi mümkünsüz edir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner çıxış edib.

“Bir şeyi dəqiq demək mümkündür: Türkiyənin bugünkü siyasi vəziyyəti bizim əsl mövqeyimizn öyrənilməsini, danışıqların davam etdirilməsini, fikir mübadiləsi aparılmasını, Türkiyə ilə inteqrasiyanın gücləndirilməsindən gözləntilərimiz məsələsinə baxmağa imkan vermir”, - deyə Kastaner “Frans İnter” radiostansiyasının efirində bildirib.

Siyasətçi qeyd edib ki, Avropa ilə Türkiyə arasında ümumi dialoqu davam etdirmək mütləq lazımdır, ancaq: “Türkiyənin ittifaqa qoşulması barədə danışıqlar istənilən halda dayandırılıb. Bu gün reallıq bundan ibarətdir”, - Kastaner əlavə edib.

O, Türkiyə ilə son illərdə aparılan danışıqları “vaxtın səmərəsiz istifadəsi” adlandırıb. "Son 10 ildə biz Fransanın siyasi mövqeyinə bəraət qazandırmaq üçün Türkiyədən “günah keçisi” kimi istifadə etmişik. Biz Türkiyəni qorxutmaq üçün ondan istifadə etmişik. Həqiqətdə isə Türkiyə bizim ümumi tariximizin bir hissəsidir”.

Qeyd edək ki, bundan öncə Almaniyanın federal kansleri Angela Merkel Avropa İttifaqının oktyabrda Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti, yaxud birdəfəlik dayandırılması məsələsinin mümkünlüyünü müzakirə edəcəyini açıqlayıb.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər