Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində Mövlud Çavuşoğlu ilə gürcü həmkarı Mixail Canelidze arasında ikitərəfli görüş keçirilir.
Teleqraf.com xəbər verir ki, görüşdə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Görüş zamanı regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Qeyd edək ki, bu gün Bakıda baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.