7 Sentyabr 2017 12:22
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəsi oktybarın 9-13-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti payız sessiyasının gündəliyinə daxil edilib.

Report xəbər verir ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda tərəfindən hazırlanmış hesabatın müzakirəsi oktyabrın 11-nə planlaşdırılır.

Qarşıdakı sessiyanın ilkin proqramına əsasən, oktyabrın 11-də həmçinin belçikalı deputat Alan Desteksin müəllifi olduğu "Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində növbəti addımlar hansılardır?" adlı daha bir hesabatın müzakirəsi aparılacaq.

Eyni zamanda, sessiyanın gündəliyinə Pedro Aqramuntun AŞPA prezidenti vəzifəsindən çıxarılması məsələsi də daxil ediləcək. Bu məsələnin sessiyanın ilk günündə, oktyabrın 9-da müzakirə olunacağı gözlənilir.

Bundan əlavə, sessiya zamanı Albaniyadakı parlament seçkilərinə (25 iyun 2017), "İŞİD-in insanlığa qarşı cinayətlərinin təqibi və cəzalandırılması" hesabatına baxılacaq, Çexiya Prezidenti Miloş Zemanın çıxışı baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər