NATO-nun Hərbi Komitəsinin başçısı Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüş keçirəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.
Qeyd olunur ki, sözügedən görüş NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərar qəbul etməsindən sonra bu çərçivədə keçiriləcək ilk görüşdür.
“NATO-nun Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov bu gün – sentyabrın 7-də Bakıda görüşəcəklər”, deyə NATO-nun kommünikesində bildirilib.
Sənəddə qeyd olunur ki, bu görüş iki general arasında 3 mart 2017-ci ildə baş tutan telefon danışığının davamıdır.