“Biz hamımız Krakovetsə, Ukraynaya gedirik”.
Teleqraf.com xəbər verir ki, bunu Feysbukdakı hesabında Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bildirib.
Mixail Saakaşvili hazırda Polşa ərazisindən Ukraynanın Lvov vilayəti istiqamətində hərəkət edir.
Krakovets Polşa-Ukrayna sərhədində sərhəd-keçid məntəqəsidir.