ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanla telefon danışığında ikitərəfli görüş haqda razılığa gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, liderlər Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qapalı görüş keçirmək niyyətindədirlər.
Trampla Ərdoğan arasında bu gün baş tutan telefon danışığında Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması üçün səylərin birləşdirilməsi, o cümlədən Türkiyə və ABŞ arasında strateji əməkdaşlıq, ikitərəfli münasibətlərin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.