11 Sentyabr 2017 08:44
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani oktyabrda Azərbaycana səfər edəcək

Bu barədə Həsən Ruhani Tehranda, Qazaxıstan səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

H.Ruhani Astanada Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdüyünü deyib: “Görüşdə Azərbaycan prezidentinin dəvəti ilə gələn ay Bakıya baş tutacaq səfərim, daha sonra isə İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı haqqında danışıqlar apardıq. Həmkarımla ikitərəfli əlaqələrin inkişafı, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinə investisiya məsələlərini də müzakirə etdik”. H.Ruhani əlavə edib ki, Astanada keçirdiyi görüşlərdə həmçinin 2017-2018-ci illərdə neft qiymətləri ilə bağlı mövzuya toxunulub.

Qeyd edək ki, bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident İlham Əliyev İranlı həmkarını ölkəmizə səfərə dəvət edib. Dövlət başçıları Qazaxıstanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində iştirak ediblər./APA/


Müəllif: Teleqraf.com