Milli Məclisin deputatı Rövşən Rzayev ATƏT-in insan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyasında iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, millət vəkili Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq.