Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Hersona gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin rəhbərlik etdiyi Yeni Qüvvələrin Hərəkatı Partiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatlara görə, Saakaşvili burada onunla birlikdə sərhədi qanunsuz keçməkdə ittiham olunaraq saxlanılan şəxslə görüşəcək.
Qeyd edək ki, sabiq qubernator sentyabrın 19-da Kiyevə gedəcək.