17 Sentyabr 2017 12:44
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifəti qarşıdan gələn prezident seçkilərində kimin namizədliyini müdafiə edəcəyini müəyyənləşdirə bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri Dəniz Baykal bildirib.

O qeyd edib ki, partiya daxilində mövcud olan qarşıdurmalar keçmişdən miras qalan xəstəlikdir. Baykalın fikrincə, nəhayət, bu xəstəlik aradan qaldırılmalıdır.

Müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı çıxaracağı namizədin kimliyinə gəldikdə D.Baykal bildirib ki, hələlik müxalifət bu haqda danışacaq mərhələdə deyil: “Partiyanın müvafiq səlahiyyətli orqanları və strukturları var. Onlar bu məsələni müzakirə edəcəklər. Ancaq nəzərə almaq lazımdır ki, ümumilikdə bu məsələdə əsas olan cəmiyyətdir. Bu vəzifəyə layiqli şəxs cəmiyyət tərəfindən müəyyən edilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər