Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi haqqında qərarın apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com “İnterfaks”a istinadla xəbər verir ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Bununla da Ali Məhkəmənin ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvəyə minib.
Qeyd edək ki, ÜAK-ın ləğvi qərarı mayın 15-də verilmişdi.