Rusiya İraqın ərazi bütövlüyünü dəstəkləyir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov İraq Kürdüstanında sentyabrın 25-ə planlaşdırılan müstəqillik referendumunu şərh edərkən deyib.
Dmitri Peskov referendumun nəticələrini Rusiyanın tanıyıb-tanımayacağı sualını cavabsız qoyub.
Qeyd edək ki, sentyabrın 25-də Məsud Bərzaninin rəhbərlik etdiyi Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirməyə hazırlaşır.