Prezident İlham Əliyev Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla görüşüb.
Teleqraf.com xəbər verir ki, prezidentin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədəki hesabında görüşdən foto paylaşıb.
Fotodan göründüyü kimi, prezidentlərin görüşündə birinci xanımlar da iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.