Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) böhran başladığı gündən Qətərə qarşı hərbi müdaxilə yollarını müzakirə edib. Ancaq ABŞ Prezidenti Donald Tramp Kral Salman ibn Əbdüləzizi fikrindən daşındıra bilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Blumberq” Vaşinqton rəhbərliyinə yaxın mənbəyə istinadla məlumat yayıb.
Tramp Səudiyyə və BƏƏ rəhbərliyinə zəng edərək, hərbi müdaxilənin Yaxın Şərqdə ciddi problemlərə səbəb olacağını, bu vəziyyətin İranın xeyrinə işləyəcəyini bildirib.