21 Sentyabr 2017 22:25
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı əhəmiyyətli və tarixi hadisədir. Hesab edirəm ki, prezident çıxışında Azərbaycan dövlətinin mövqeyini ortaya qoydu. Habelə Ermənistan prezidentinin yalançı bəyanatlarını darmadağın etdi.

Bunu Teleqraf.com-a sabiq dövlət müşaviri, Milli Məclisin deputatı Rasim Musabəyov Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışını şərh edərkən deyib.

Rasim Musabəyov bildirib ki, Azərbaycan prezidenti Ermənistan prezidentinin yalanlarını öz çıxışı ilə ifşa etdi və Azərbaycan həqiqətlərini dünyaya çatdırdı:

“Prezident dedi ki, sülhün tərəfdarıdır və bunu dəfələrlə sübut edib. Ancaq bu sülhü təmin etmək lazımdır. İşğalçı durub BMT kimi mötəbər qurumda yalan danışır və 24 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Üstəlik Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Baş Assambleyanın isə qərarları var. Ancaq İrəvan bu qətnamələri yerinə yetirmir, uzun illərdir ki, torpaqları işğal altında saxlayır və utanmadan BMT tribunasından yalan danışır. Və onu yerinə oturdan yoxdur”.

Musabəyov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı zamanı Ermənistan tərəfi yerində oturdulmadığı təqdirdə Azərbaycanın öz əhalisini və torpaqlarını müdafiə edəcəyi haqda bəyanatı da xüsusi əhəmiyyət kəsb edir: “Mənim fikrimcə, prezidentin BMT Baş Assambleyasındakı çıxışı dolğun, konkret idi və hədəfə yönəlmişdi. Hesab edirəm ki, bu çıxışın təsirləri olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər