Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanNyu Yorkda Amerika Müsəlmanları Birliyinə müraciət edib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ərdoğan ötən il Türkiyənin tarixin ən ədalətsiz hücumlarından birinə tab gətirdyini deyib: "FETO xəyanət şəbəkəsi çevriliş cəhdini başlatdı. Bu xainlərin başçısı Pensilvaniyada oturur. ABŞ səlahiyyətlilərinə 85 dəlil verdik. ABŞ-da bir çox ərazilərində bu terror təşkilatının məktəbləri fəaliyyət göstərir. PKK və onun bağlı təşkilatlarının qətlləri haqqında dostlarınıza xəbər verməyinizi gözləyirik. İslam düşmənçiliyinə qarşı güclü bir mövqe nümayiş etdirməliyik".
Ərdoğan daha sonra Myanmarda bir qırğın başladıldığını deyib:
Ərdoğan son illərdə getdikcə artan İslam düşmənçiliyinə qarşı güclü bir mövqe nümayiş etdirməyin vacib olduğunu bildirib: "Myanmarda bir qırğın var. Arakanlı müsəlmanlar qətlə yetirilir. Bir milyona yaxın arakanlı Banqladeşə keçməyə çalışır. Buddistləri dünyaya şirin göstərən insanlara səslənirəm. "İslam terrorizmi" ifadəsini hansı ağılla işlədirsiniz? Heç kim bizim dinimizə terrorçu dini kimi baxa bilməz. İŞİD-in İslamla əlaqəsi yoxdur. İŞİD terror təşkilatıdır. Silahlı qüvvələrimiz İŞİD əleyhinə mübarizə aparır. 3 min İŞİD-çini məhv etdik. Mən ABŞ yetkililərindən soruşuram, siz İŞİD-in neçə üzvünü məhv etmisiz? Kaş ABŞ Rakka əməliyyatında PYD və YPG ilə işbirliyinə getməz, Türkiyə və Azad Suriya Ordusu ilə birlikdə çalışar və terroru oradan qaziyib atardıq".