4-21 sentyabr tarixlərində Yaponiyada keçirilən “Tourism Expo Japan” sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Teleqraf.com-a bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin vaxtında müdaxiləsi nəticəsində Ermənistan tərəfinin beynəlxalq turizm sərgisinin qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb.
XİN rəsmisi deyib ki, sərgidə Azərbaycan stendi fəaliyyət göstərib və çərçivəsində Azərbaycanın turizm potensialı barədə Yaponiya ictimaiyyətinə məlumat çatdırılıb.