Avropanın vahid orduya ehtiyacı var. Ümid edirəm ki, 2020-ci ilə qədər bu məsələ həll olunar. Avropanın ortaq ordusu NATO-nu əvəzləyən yox, NATO-nu dəstəkləyən bir qurum olmalıdır. Hesab edirəm ki, Avropa Birliyini ortaq hərbi güc olaraq hərəkət etməlidir. Ümumi müdafiə büdcəsi və siyasət inkişaf etməli, Avropa Hərbi Təhsil Akademiyası qurulmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron Sorbonna Universistetində çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, təhlükəsizlik və terrorla mübarizə sahələrində ciddi əməkdaşlıq olmalıdır.
Onun fikrincə, Avropa regionunu gücləndirmək üçün Avropa Birliyində inteqrasiya prosesi dərinləşməlidir.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker bundan əvvəl Avropa ölkələrinin Rusiyanın hərbi təhdidlərinə qarşı birgə hərbi güc yaratmaq ideyası ilə çıxış etmişdi. Ancaq İngiltərə bunun NATO-ya zərər verəcəyini əsas gətirərək təklifə qarşı çıxmışdı.