27 Sentyabr 2017 13:49
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antoniu Quterreş Nyu Yorkda BMT Baş Asambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayan bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, baş katib həmsədrlərin gərginliyi azaltmaq və danışıqlar prosesini gücləndirmək üçün səyləri dəstəkləyib.

Antoniu Quterreş ümid edir ki, prezidentlər səviyyəsində planlaşdırılan zirvə görüşü vacib məsələlərin sülh yolu ilə uzlaşmasını təmin etmək üçün etimadın artmasına və lazimi siyasi iradənin yaranmasına kömək edəcək.

Qeyd edək ki, sözügedən bəyanat BMT Baş katibinin mətbuat katibi Stephane Dukarrik tərəfindən yayılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər