Ukraynanın Xarici İşlər naziri Pavlo Klimkin oktyabrn 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində P.Klimkinin Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.