29 Sentyabr 2017 21:55
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər dini ekstremizm və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

"Regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Məsləhətləşmələrin yekununda N.Patruşov bildirib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli gündəmdə strateji tərəfdaşlığın qabaqcıl xarakteri ilə seçilir. (Report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər