Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Prezidenti Pol Kaqameyə təqdim edib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı səfir Elman Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Ruanda Prezidenti Pol Kaqame Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.
Pol Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.
Ruanda prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.