12 Oktyabr 2017 21:11
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.


Müəllif: Teleqraf.com