13 Oktyabr 2017 12:21
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın suyunu içib, havasını udan hər bir vətəndaş bu ölkəni öz evi kimi görməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Dağ Yəhudiləri" dini icmasının sədri Milix Yevdayev deyib.

Onun sözlərinə görə, tarix boyu Azərbaycana qara yaxmaq istəyən qurumlar, ölkələr olub, var və olacaq:

"Biz öz evimiz bildiyimiz Azərbaycanın xoşbəxtliyi üçün birlikdə çalışsaq, həmrəy olsaq heç bir əks-təbliğat, heç bir mənfi siyasət istəyinə çata bilməz.

Avropa Şurasının bəzi qurumları Azərbaycan əleyhinə mənbəsiz informasiyalara əsaslanır. Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır. Allah hər zaman Azərbaycanı, dinə ürəkdən bağlı insanları qoruyub və qoruyacaq.

İslam Həmrəyliyinin Azərbaycan örnəyi ölkədə bu sahədə qazanılan bütün naliyyətləri bir araya toplayaraq bizə qarşı iddialar irəli sürən bütün qurumlara layiqli cavab verir".

Roma katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib ki, dini inancından asılı olmayaraq bütün insanlar - yəhudilər, katoliklər, müsəlmanlar Azərbaycanısevgi ölkəsi kimi qoruyub saxlamalıyıq: "Azərbaycanın İslam Həmrəyliyi çox gözəl təşəbbüslərdən birinin nəticəsidir və biz bunu qoruyub saxlamalıyıq".


Müəllif: Könül