Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə prezidenti terrorçuluqla mübarizə məsələsində önəmli açıqlamalar verib.
Onun sözlərinə görə, İraq mərkəzi hökumətinin hazırda PKK terror təşkilatına qarşı əməliyyatı müzakirə məsələsi deyil: “Onların əsas hədəfi İŞİD-dir. Bizim onların nəsə etmələrini gözləməyə vaxtımız yoxdur. Bunu İbadiyə dedim. Biz PKK-ya qarşı sərhədlərimizdə bütün tədbirləri görmüşük. Əgər PKK İraqdan Türkiyə sərhədinə hücum etsə, biz lazımi tədbirlər görəcəyik”.
Ərdoğan qeyd edib ki, ABŞ Cerablus məsələsində vədinə əməl etməyib: “Onlar vədnə əməl etmədikləri üçün Cerablusa girdik. Əvvəl Hakeza Raidə, sonra Babda, indi isə İdlibdə Rusiya ilə birgə hərəkət edirik”.