3 Noyabr 2017 14:48
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Tehranda baş tutan Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünü müsbət qiymətləndirirəm.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Tehran görüşü siyasi ağırlıqlı deyildi:

“Prezidentər Tehrana əsasən, Şimal-Cənub dəmiryol xəttinin tikintisini müzakirə etmək üçün toplaşmışdılar. Bu layihə Bakı-Tiflis-Qars layihəsi kimi Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsindən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda görüşüb Azərbaycandan keçəcək digər dəmiryolu layihəsini müzakirə etməsi Ermənistanın təcridini daha da gücləndirəcək. Bizə də elə bu lazımdır”.

E.Şahinoğlu daha sonra deyib:

“Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmiryolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiya və İran nə qədər Ermənistanın başını tumarlasalar da, reallıqdan çıxış edərək, Azərbaycan marşrutuna üstünlük verdilər. Bir də ki, kasıb Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən pul dilənmir. Tam tərsinə Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisini sürətləndirsin. Bəzi iqtisadçılar hər iki layihənin səmərəsinə şübhə ilə yanaşırlar. Hesab edirəm ki, ilkin illərdə gəlir gözlənildiyi qədər olmasa da, hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmiryolları tam gücü ilə işlədikdə bunun təsirini daha çox hiss edəcəyik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər