ABŞ Prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tokioda keçirilən görüş zamanı liderlər Şimali Koreyanın nüvə silahları da daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.
Tramp Şimali Koreyadan atılan raketlərin Yaponiya tərəfindən vurulmasının vacibliyini bir daha vurğulayıb. O bildirib ki, Yaponiya raketləri vurmaq üçün ABŞ-dan silah almalıdır:
“Əgər Yaponiya ABŞ-dan modern silahlar alsa, raketleri vurmaq daha da asanlaşacaq”.
Abe Yaponiyanın ABŞ-dan silah almaqla bağlı niyyətini Trampa çatdırıb. Abe raketlərin vurulması üçün şərtini də açıqlayıb:
“Bunun üçün Yaponiya və ABŞ məsələni koordinasiya etməlidir”.
Abe əlavə edib ki, Yaponiya ABŞ-ın Şimali Koreya siyasətini tamamilə dəstəkləyir.