Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Məlumata görə, Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə danışıqları Soçi şəhərində keçiriləcək.
Qeyd edək ki, R.T.Ərdoğan sonuncu dəfə Rusiyaya bu ilin mayın 3-də səfər edib.