Şimali İraq Kürd Muxtariyyətinin sabiq rəhbəri Məsud Bərzani mətbuata açıqlama verərək son hadisələri qısaca şərh edib.
Teleqraf.com xəbər verir ki, Bərzani etdiyi hərəkətlərə görə peşman olmadığını elan edib:
“Referendum qərarına görə əsla peşmançılıq hiss etmirəm. Kürdüstan regionuna hücum ediləcəyini gözləmirdik. ABŞ kürdlərə olan münasibətini göz önünə alaraq bu hücumlara icazə verməməliyidi”.