7 Noyabr 2017 14:52
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp siyasətdə naşı olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Yaponiya səfəri zamanı danışıb.

Tramp ABŞ prezidenti seçilməsinə baxmayaraq, dövrün prezidenti Barak Obamadan inaqurasiya mərasimi ilə səlahiyyətləri almazdan əvvəl Yaponiya Baş naziri Sindzo Abeni ABŞ-a dəvət etməsinin siyasi təcrübəszilikdən irəli gəldiyini deyib.

Tramp bildirib ki, əvvəllər ABŞ prezidentliyinə namizəd olmayıb, prezident seçildikdən sonra da məlumatsız olduğundan siyasi etikanı gözləməyib:

“Seçkilərdə qələbə qazandıqdan sonra dünyanın hər yerindən mənə təbrik zəngləri gəlmyə başladı. Hər kəs məni axtarırdı. Mən seçilmiş prezident idim. Lakin yanvarın 20-də andiçmə mərasimində səlahiyyətlərimi rəsmi əldə etmədən dünya liderləri ilə görüşməməyimin vacib olduğunu bilmirdim. Yerinə keçəcəyim prezidentin nöqteyi-nəzərindən bunun anlaşılmaz addım olduğunu anlamırdım.

Seçkilərdə qalib gələn yeni prezident olaraq mənə gələn təbrik zənglərinin bəzilərini qəbul etdim. Yaponiyanın, eləcə də Almaniya, Rusiya və Çinin təbrikini qəbul etdim. Yaponiya Baş naziri Sindzo Abeni axtardım və ona “nə zaman istəsəniz ABŞ-a səfərə gəlin” dedim. Ancaq düşünürdüm ki, baş nazirin səfəri yanvarın 20-dən, inaqurasiya mərasimindən sonra olacaq”.

Tramp əlavə edib ki, andiçmə və rəsmən prezident səlahiyyətlərini əldə etmədən başqa dövlətin prezidentini ABŞ-a dəvət etməsinin yanlış olduğunun fərqinə varmayıb:

“Sonra bunun fərqinə vardım və həmin liderə zəng etdim. Lakin prezident ofisində deyildi, təyyarəsinə əyləşib ABŞ-a gəlirdi. Mən də “əgər gəlirsə, görüşməmək olmaz” dedim və Sindzo Abe ilə “Tramp Tover”də görüşdük”.


Müəllif: Cavad

Oxşar xəbərlər