Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Aydın Mirzəzadə Tacikistanın "Xovar" millli informasiya agentliyinin (rəsmi dövlət agentliyi) saytına geniş müsahibə verib.
Publika.az xəbər verir ki, deputat müsahibədə Azərbaycan-Tacikistan dostluğundan, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gətirəcəyi dividentlərdən və iki ölkə arasında energetika sahəsindəki əməkdaşlıqdan danışıb.