Ukrayna Prezidenti Petro Poroşenko Ali Radaya məktub ünvanlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib.
O bildirib ki, məktubda Poroşenko Ali Radadan antikorrupsiya məhkəməsinin yaradılması ilə bağlı qanun layihəsini qəbul etməyi xahiş edib.
Poroşenko bu layihənin qəbulunun uzadılmasının yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, antikorrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər.