Dövlət başçısının Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə fərmanı böyük əhəmiyyətə malikdir.
Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri bildirib ki, bu qurumun yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün cəsarətli addımdır.
“Azərbaycan Sənaye Korporasiyası təkrar emal sahəsinin inkişafında yeni mərhələ olacaq, ölkəmizdə sənayenin dinamik inkişafının təmin olunmasına kömək edəcək”, – deyə Z.Səmədzadə qeyd edib.