Rusiya Prezidenti Vladimir Putin Vyetnamda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.
Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, görüş zamanı liderlər hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Putin Dutertenin mayın 21-də Rusiya səfərini yarımçıq dayandırması ilə bağlı fikirlərini bölüşüb:
“Yadımdadı, siz dediz ki, ölkədə terrorçulara qalib gəlmək və Filippində vəziyyəti sabitləşdirmək üçün səfəri təxirə salmaq məcburiyyətindəsiz. Sizi təbrik edirəm, buna nail olduz”.
O əlavə edib ki, terrorçuluqla mübarizə Rusiyanın maraqlarına daxildir.
Duterte öz növbəsində, Rusiya ilə bu sahədə əməkdaşlığa hazır olduğu deyib. Onun sözlərinə görə, rus silahları ilə yaxından maraqlanır.
Qeyd edək ki, Duterte bir müddət əvvəl verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampı özünün dostu adlandırmışdı.