10 Noyabr 2017 16:27
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yaxın vaxtlarda Rusiyaya Ukraynanın şərqindəki münaqişə zonasına BMT-nin 20 min sülhməramlısının yerləşdirilməsi ilə bağlı təklif göndərəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri amerikalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ bununla Moskvanın Ukraynanın şərqindəki münaqişənin həllinə hazırlığını yoxlamaq istəyir.

Məlumatlarda bildirilir ki, təklif ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı strategiyasının bir hissəsidir. Tramp bununla Moskvanı silahlanma üzərində nəzarət danışıqlarına qayıtmağa məcbur etmək istəyir.

Məsələ ilə bağlı Ağ Ev açıqlama verməkdən boyun qaçırıb.


Müəllif: Samir

Oxşar xəbərlər