ABŞ Prezidenti Donald Trampın böyük oğlu “Vikiliks” saytı ilə yazışmalarını yayımlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, yazışmaları Tvitter hesabında paylaşıb:
“Burada mənim “Vikiliks” saytı ilə yazışmalarım və 3 möhtəşəm cavabım yer alıb. Bəzi konqres üzvləri bunu yaymağa çalışırdı. Çox gülməlidir”.
Yazışmalardan aydın olur ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton Culian Assancın saytını məhv etmək və bunun üçün oğul Trampa vergi deklarasiyası vermək fikrində olub.
İsmarıclar bu ilin sentyabr və oktyabr aylarında göndərilib.